Putin: “Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı hörmət prinsipləri əsasında qurulub”
“Rusiya və Azərbaycan qarşılıqlı hörmət və ortaq maraqlara söykənən münasibətlər qurur”. SİA-nın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirilən Rusiya-Azərbaycan regionlararası forumun plenar iclasında çıxış edərkən deyib.
“Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasındakı əlaqələrdən danışarkən, deyə bilərik ki, ölkələrimiz arasındakı münasibətlər yaxşı qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulub. Biz hər zaman maraqların tarazlığını axtarır və tapırıq”, - deyə Putin çıxışında bildirib.
O xatırladıb ki, sentyabrın 1-də Soçidə liderlər arasında keçirilən görüşdə Rusiya ilə Azərbaycan arasındakı dövlətlərarası əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət edən bir sıra sənəd və sazişlərin imzalanıb.
Rusiyalı lider qeyd edib ki, Azərbaycan bazarında Rusiyanın iştirakı ilə təxminən 700 birgə şirkət fəaliyyət göstərir, Rusiya sərmayələrinin ümumi həcmi 1,5 milyard dollardan çoxdur.
“2017-ci ildə Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiyaya tədarükü təxminən 12% artıb ki, bunun da ümumi məbləği yarım milyard dollar təşkil edir. Bizim tərəfdaşlarımız bu sahədə daha çox maraq göstərirlər”, -deyən Putin bildirib ki, bunu sentyabr ayında Moskvada keçirilən beynəlxalq ərzaq sərgisində 30-dan çox Azərbaycan şirkətinin iştirakı bir daha sübut edir.
Rusiya prezidentinin sözlərinə görə, Moskva və Bakı birgə infrastruktur layihələri həyata keçirir: “Avropa və Asiya bazarlarını bir araya gətirmək üçün nəzərdə tutan, İran, Azərbaycan və Rusiyanın iştirakı ilə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması həyata keçirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB