Etnik cəhətdən qarışıq nigahlarla bağlı elmi sosioloji araşdırma toplusu kitab şəklində təqdim olunacaq-Açıqlama
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TÜMİB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə yeni bir kitab hazırlayıb. Bu barədə SİA-ya açıqlamasında TÜMİB-in sədri Çingiz Bayramov məlumat verib. O bildirib ki, yaxın 4-5 gün ərzində kitabın təqdimat mərasimi keçiriləcək və yeni nəşr ictimaiyyətə təqdim olunacaq. Onun sözlərinə görə, sosiologiya elmlər doktoru Əbülfəz Süleymanlının müəllifi olduğu kitab etnik cəhətdən qarışıq nigahlarla bağlı elmi sosioloji araşdırma toplusudur: "Bu kitabda Azərbaycanda ailə münasibətlərinin necə olduğunu, burada xarici vətəndaşlarla evliliklərin hansı səviyyədə olduğunu açıqlayan sosioloji sorğunun nəticələri öz əksini tapıb. Hər bir dövlətin əsas təməli ailədir. Ailənin müqəddəsliyini nəzərə alaraq belə bir sosioloji sorğu keçirdik və sorğunu elmi cəhətdən əsaslandıran kitabın təqdimatını təşkil edəcəyik".
TÜMİB sədri ilin sonunda keçirəcəkləri tədbirlər barədə məlumat verib. O bildirib ki, təşkilat ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə geniş tədbir təşkil edəcək.
TÜMİB sədri ilin sonunda keçirəcəkləri tədbirlər barədə məlumat verib. O bildirib ki, təşkilat ilin sonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə geniş tədbir təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB