Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
Azərbaycan Respublikasının Baş Prokurorluğunda ümummilli lider Heydər Əliyevin vəfatının 7-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzüblər. Mərasimdə məruzə ilə çıxış edən baş prokuror vəzifəsini icra edən Rüstəm Usubov bildirib ki, Azərbaycan Respublikasının 1969-cu ildən başlamaqla 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövrdə müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olub.
O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin 2003-cü ildən etibarən dövlətimizin başçısı kimi fəaliyyəti onun bariz göstəricisidir ki, Heydər Əliyev ideyaları yaşayır, onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsini və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir: "Bu gün bütövlükdə ölkəmizin, eyni zamanda, hər bir bölgənin sosial-iqtisadi inkişafına nail olunmuş, demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, ümumbəşəri dəyərlərə sadiqliyini sübut edən Azərbaycanda yeni məzmunlu mütərəqqi islahatlar daha da dərinləşdirilmişdir. Dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən müstəqil Azərbaycan regionun aparıcı dövləti statusunu özündə saxlamış, enerji layihələrinin reallaşdırılması istiqamətində nəhəng işlər görülübdür".
Mərasimin sonunda ulu öndərin xatirəsinə həsr olunmuş "Heydər Əliyev fenomeni" filmi nümayiş etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB