Diploma qədər tibbi təhsilin cari vəziyyəti və başlıca nəticələri müzakirə olunub

Diploma qədər tibbi təhsilin cari vəziyyəti və başlıca nəticələri müzakirə olunub
Səhiyyə Nazirliyində diploma qədər tibbi təhsilin səhiyyə sektorunda islahatlar layihəsi çərçivəsində beynəlxalq məsləhətçilərin köməyi ilə hazırlanmış "Diploma qədər tibbi təhsildə islahatların aparılmasına dair" ilkin hesabatın müzakirəsi keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müzakirələrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndələri, ATU-nun professor heyətindən ibarət nümayəndələr, Dünya Bankının ekspertləri və video-konfrans rabitəsi vasitəsi ilə beynəlxalq məsləhətçi qismində Böyük Britaniya Kral Tibb Cəmiyyətinin prezidenti professor Parveen Kumar və Böyük Britaniyanın "Barts and London" Tibb Universitetinin professoru Susan Dilli iştirak edib.

Müzakirələrdə diploma qədər tibbi təhsilin cari vəziyyəti, effektivliyi, zəif tərəfləri, habelə başlıca nəticələri və ehtiyac olan bölmələrdə dəyişikliklərin ölkəmizdə tətbiqi imkanları müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə