Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin anım mərasimi keçirilib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan komissiya sədrinin müavini Namiq Babayev Heydər Əliyevin keçdiyi şərəfli həyat və mübarizə yolundan bəhs edib.
N.Babayev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsil, elm və mədəniyyətin inkişafına göstərdiyi qayğı xüsusi yer tutur: "Dahi lider hələ Sovet dövründə respublikaya rəhbərlik etməyə başladığı ilk illərdən ölkəmiz üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını xüsusi nəzarətdə saxlamışdı. Ulu öndərin ikinci dəfə respublika rəhbərliyinə qayıdışından sonra bu iş daha geniş miqyasda davam etdirildi".
Daha sonra tədbirdə çıxış edən kollektivin üzvləri ümummilli liderimizin həyat və fəaliyyətindən geniş söz açıblar.
Sonda çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, Azərbaycan keçmiş sovet respublikaları içərisində tələbə qəbulunu test üsulu ilə, kompyuter texnologiyalarının tətbiqi vasitəsilə aparmağa keçən ilk ölkədir. Onun sözlərinə görə, lakin bu sistemin qorunub saxlanması, mükəmməl elmi əsaslara və müasir texnologiyalara əsaslanan milli qiymətləndirmə sisteminin formalaşması Heydər Əliyevin xüsusi qayğısı nəticəsində mümkün olub.
TQDK sədri vurğulayıb ki, Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə layiqincə davam etdirən prezident İlham Əliyev də tələbə qəbulu işinə, mütəxəssis hazırlığına təhsilimizin mühüm strateji əhəmiyyətli bir istiqaməti kimi yanaşır və bu sahəyə diqqət və qayğısını əsirgəmir.
Qeyd edək ki, dekabrın 12-də TQDK-nın kollektivi Fəxri xiyabana gedərək, ümummilli liderin məzarını ziyarət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB