Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey Türkiyənin Van vilayətindəki Akdamar adasındakı kilsədə ayin edən, Türkiyədə yaşayan erməni camaatı və dünyanın müxtəlif ölkələrindən gələn faşist Erməni qruplarının yanlarında gətirdikləri Ermənistan və qondarma Dağlıq Qarabağ Respublikası bayraqları ilə Vanı Ermənistan çevirdiklərini bildirib. SİA-nın xəbərinə görə, Türkiyədəki kilsələrdə erməni, yunan və digər xristianların etdiklərinin siyasi ayinlər olduğunu deyən ASİMDER başçısı xatırladıb ki, 1915-ci ildə ermənilərin Osmanlı dövlətində baş verən üsyan hərəkətlərinin başlanğıc nöqtəsi və toplaşdığı yerlər də kilsələr olub: “Bu gün də bu ənənənin dəyişməz olduğunu görürük. 100 il ötsə, şərtlər dəyişsə də, niyyət və fikirlərin dəyişmədiyini Vanın Akdamar adasındakı tarixçilər tərəfindən xristian türklərinə aid olduğu müəyyənləşdirilən kilsədə erməni camaatının ayinində yaşadıq. 1915-1918-ci illərdə Vanda daş üstündə daş buraxmayan, müsəlman qadınlarını bu adaya götürüb təcavüz edən faşist ermənilərə icazə verənlərin vicdanı sızlayırmı?”.
G.Gülbəy Van şəhərinə və Akdamar adasına Ermənistan bayraqlarının gətirilməsinə icazə verənlərin sosial mediadakı paylaşımlarla bağlı narahatlıq hissi keçirmədiklərinə təəssüfünü bildirərək qeyd edib ki, görəsən Türkiyə erməni camaatının patriarx vəkili Aram Ateşyanla görüşən Van valisi və Van Böyükşəhər Bələdiyyə Başçı vəkili Murat Zorluoğlu bu mövzuları heç müzakirə ediblərmi?: “Akdamarda təhlükəsizlik tədbirləri həyata keçirilsəydi bunun qarşısını almaq mümkün olardı. Akdamar adasına gələn erməni qruplarının başında 1915-ci il mesajını verən papaqlar, onların erməni olduqlarını iddia edən koftalar, Azərbaycanın işğal edilmiş torpağında yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayrağını gətirərkən səlahiyyətlilər harada idi? Amma unutmayın, fələstinlilər də torpaqlarını pula satdılar, amma indi yüzlərlə can verib onu geri qaytara bilmirlər. Pul ehtiyacdır, amma hər şey deyil, vanlılar. Bu, təhlükəsizliyin zəifliyi səbəbi ilə, Daxili İşlər Nazirliyini istintaqa başlamağa dəvət edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB