XİN başçılarının görüşü ilə bağlı işlər davam edir

XİN başçılarının görüşü ilə bağlı işlər davam edir

“Dağlıq Qarabağla bağlı XİN başçıları arasında aparılacaq danışıqlar prosesində iş qaydalarından biri görüş gününün, saatı və yerinin razılaşdırılmış qaydada elan edilməsidir”. SİA-nın xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakan Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovla mümkün görüşü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

“Biz beynəlxalq ictimaiyyət tərəfindən formalaşan və qəbul edilən sülh prosesinə sadiqik. Söylədiyim kimi mən proseslə bağlı iş qaydalarına hörmət edirəm və bu qaydalardan biri gün, saat və yerin koordinatlı qaydada elan edilməsidir. Bütün bunların koordinasiyalı şəkildə keçiriləcəyinə və hamıya çatdırılacağına əmin olun”,- deyə XİN başçısı qeyd edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə