Ərdoğan: "Həmsədrlər DQ münaqişəsinin həlli ilə bağlı gecikdirmə taktikasını seçiblər"

Ərdoğan: "Həmsədrlər DQ münaqişəsinin həlli ilə bağlı gecikdirmə taktikasını seçiblər"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ATƏT-in Minsk Qrupunun həmsədrlərini Dağlıq Qarabağ münaqişəsinin həllini gecikdirməkdə günahlandırıb. SİA-nın xəbərinə görə, Türkiyə prezidenti Bakıdan Ankaraya gedərkən jurnalistlərə verdiyi açıqlamasında deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya, Fransa münaqişənin həllini gecikdirmə taktikasını seçib.

“Bu qəddar bir həqiqətdir. Vasitəçilər həssaslıq göstərmirlər. Buna görə də Dağlıq Qarabağ münaqişəsinin həlli 1992-ci ildən başlayıb və 26 ildir ki davam edir”, - deyə Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin əsl missiyası işğal olunmuş torpaqların əsl sahiblərə qaytarmaqdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə