"Yaxın müddətdə DQ probleminin həlli ilə bağlı ciddi proseslər baş verəcək” AÇIQLAMA-ÖZƏL

"Yaxın müddətdə DQ probleminin həlli ilə bağlı ciddi proseslər baş verəcək” AÇIQLAMA-ÖZƏL

“Yaxın müddətdə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ciddi proseslər baş verəcək”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti parlament seçkilərinə qədər ötən 1 il ərzindəki hakimiyyəti dövründə düşmən ordusu nəinki işğal olunmuş ərazilərimizdən çıxacaq, hətta çox böyük ehtimala görə, düşmən ölkə məxsus olduğu 29 min 700 kvadrat kilometr ərazisini də itirəcək.

M. Əhmədoğlunun sözlərinə görə, Azərbaycan ordusunun Naxçıvan istiqamətində xeyli irəliləmək, hətta Zəngəzuru götürmək şansı var: “Prezident İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfəri zamanı həmkarı Vladimir Putinlə birgə keçirilən mətbuat konfransında Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə Putinin verdiyi reaksiya artıq çox şeyi deyir. Putin anlayır ki, Azərbaycanla birlikdə olmaqla həm Avropa, həm də Yaxın Şərq istiqamətində olan məsələləri həll edə bilər”.

Ermənistanın Putinə “əl altı” kimi lazım olduğunu dilə gətirən politoloq qeyd edib ki, Paşinyan Rusiya ekspertlərinə ABŞ-ın Ermənistandakı bioloji laboratoriyasına girməyə icazə verməsi bir daha təsdiq edir ki, Putin üçün Paşinyan Qərbə mesaj vermək üçün bir alətdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə