Şəmkirdə əkin sahələrinin su ilə təminatı istiqamətində işlər davam etdirilir

Şəmkirdə əkin sahələrinin su ilə təminatı istiqamətində işlər davam etdirilir

Şəmkir rayonunda əkin sahələrinin su ilə təmin olunması istiqamətində işlər davam etdirilir. Şəmkir rayon İcra Hakimiyyətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, cari ilin müvafiq dövrü ərzində əkinə yararlı olan 44 min 680 ha torpaq sahəsinin 35 min 150 ha suvarma suyu ilə təmin edilib. Ümumilikdə isə kənd təsərrüfatı rayonu olan Şəmkirdə 181 min 610 ha torpaq sahəsinin 59 min 504 hektarı dövlət mülkiyyətinin, 73 min 377 ha bələdiyyənin, 48 min 729 ha isə xüsusi mülkiyyətdə olan torpaqlardır.

2010-cu ilin müvafiq dövründə rayon üzrə 17 min 045 ha sahədə taxıl əkilib ki, bununda 12 min 618 hektarı buğda, 4397 hektarı isə arpadır.

Bütün xəbərlər Facebook səhifəmizdə