İstanbul hava limanında təyyarə yanıb

İstanbul hava limanında təyyarə yanıb

Türkiyənin İstanbul şəhərində Atatürk hava limanında yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğın Türk Hava Yollarına məxsus İstanbul-Banqkok reysi ilə hərəkət edən "Boeing 777-300 ER" markalı təyyarənin arxa hissəsində qeydə alınıb. Nəticədə, 30 nəfər xəsarət alıb.

Hadisə zamanı təyyarədə 284 sərnişinin olduğu bildirilib. Dərhal sərnişinlərin təxliyyəsi həyata keçirilib. Tələfat olmayıb. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə