Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinq zamanı Azərbaycan və Ermənistan XİN başçılarının mümkün görüşünə toxunub. SİA-nın Rusiya mətbiatına istinadən verdiyi xəbərə görə, XİN rəsmisi jurnalistin Moskvada Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşünün tarixi ilə bağlı sualı cavablandıraraq deyib: "Əgər görüş olsa, bu barədə məlumat verəcəyik. Bizim vasitəçilik missiyamız davam edir. Biz tərəflərlə müxtəlif formatlarda əlaqə saxlayılrıq. Hazırda bu haqda yalnız bunu deyə bilərik".
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB