Qırğızıstanda 10 oktyabr 2010-cu il tarixində keçirilən parlament seçkiləri sonrası koalisiya hökumətinin qurulma cəhdləri nəticə verməyib. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, prezident Roza Otunbayeva hökümət qurmağı başqa bir namizədə tapşıracağını bildirib. Prezidentin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, prezidentin bu işi kimə həvalə edəcəyi bu gün onun parlamentdə mandat qazanan partiya liderləri ilə görüşündən sonra məlum olacaq.
Daha əvvəl hökuməti qurmaq üçün vəzifələndirilən İctimai Demokrat Partiyasının sədri Almazbek Atanbayevin 2 noyabr tarixində qurduğu üçlü koalisiya hökuməti parlament sədrinin seçkisində yaranan problemə görə dağılıb. Məlumat təsdiqlənməsə də, R.Otunbayevanın hökuməti qurmaq işini Ata Məkan Partiyasının sədri Ömürbek Tekabayevə tapşıracağı bildirilir. Bişkekdən gələn xəbərlərdə isə seçkidə ən az səs toplayan partiya lideri Ö.Tekabayevin işinin asan olmayacağı, digər partiyalarla aparacağı danışıqların çətin keçəcəyi deyilir. Tekebayevin yeni alternativ koalisiya hökuməti üçün ilk olaraq seçkilərdə 28 millət vəkili yeri ilə birinci olan devrilmiş prezident Kurmanbek Bakiyev tərəfdarı Mıktıbek Abduldayev başçılıq etdiyi Ata Yurt və 25 millət vəkili ilə üçüncü olan Feliks Kulovun başçılıq etdiyi Ar- Namus partiyalarını razı salmağın vacib olduğu ifadə edilir.
Bir başqa variant olaraq isə "Ata Məkan-Ata Yurt və Respublika" üçlüsü səsləndirilir. Ö.Tekabayevin üçün isə son variant olaraq "Ata Məkan-Respublika-Ar-Namus" üçlüyü qalır.
Qırğızıstan qanunlarına görə, ölkə başçısı tərəfindən hökuməti qurmaqda vəzifələndirilən partiya 15 iş günü ərzində bu işi başa çatdırmalıdır. Digər tərəfdən isə parlamentin bu səfər də hökuməti qura bilməməsi təqdirində prezident səlahiyyətlərindən istifadə edərək parlamenti buraxa bilər. Artıq bu variantın da gündəmə gələcəyi istisna edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB