Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Həməd bin Xəlifə Al Tanini təbrik edib. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "2022-ci ildə futbol üzrə dünya çempionatının Qətər Dövlətində keçirilməsi barədə FİFA İcraiyyə Komitəsinin qərarı münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu qərar ölkənizin hərtərəfli inkişafına, beynəlxalq və regional məsələlərin həllində fəal səylərinə verilən yüksək qiymət, dünya miqyasında gündən-günə artan nüfuzunun bariz ifadəsidir. Ümidvaram ki, çempionat mükəmməl təşkilati-texniki hazırlığı ilə fərqlənəcək və yüksək səviyyədə keçiriləcəkdir".
İlham Əliyev Şeyx Həməd bin Xəlifə Al Taniyə, qardaş Qətər xalqına, ölkənin bütün idman ictimaiyyətinə çempionata hazırlıq mərhələsində uğurlar, bu mötəbər yarışa ev sahibliyi edəcək Qətər millisinə isə əzmkarlıq və parlaq qələbələr arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB