"Qarabağ məsələsi ilə bağlı səssiz, amma qərarlı diplomatiya aparılır"

"Qarabağ məsələsi ilə bağlı səssiz, amma qərarlı diplomatiya aparılır"

Türkiyə prezidenti Abdullah Gül ölkəsinin Avropa Birliyinə üzvlüyünün hələ də prioritet hədəf olduğunu, ancaq Orta Asiyadakı rolunun da artdığını söyləyib. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, Qazaxıstanın paytaxtı Astanadan Ankaraya hərəkət etmədən öncə "Reuters" agentliyinə müsahibə verən Gül Türkiyənin Avropa Birliyinə üzvlüyünün siyasi problemə çevrildiyini, ortaya çıxarılan saxta əngəllərlə üzvlük prosesinin ləngidildiyini bildirib.

Gül Kıbrıs məsələsinin buna nümunə olduğunu deyib: "Kıbrıs məsələsi son dərəcə açıq olmasına baxmayaraq, bəziləri bunun arxasında gizlənir, bu məsələdən bəhanə kimi istifadə edir".

Tam üzvlük müzakirələrini tamamlamaqda qərarlı olduqlarını vurğulayan Gül Türkiyənin enerji dəhlizi üzərində önəmli bir ölkə olduğunu, Avropaya alternativ enerji marşrutu təqdim etdiyini deyib.

Ölkəsinin regional problemlərin həlli prosesində də iştirak etdiyini bildirən gül Rusiya ilə birlikdə Qarabağ probleminin həlli üçün səy göstərdiklərini vurğulayıb. Qarabağ məsələsi ilə bağlı səssiz, amma qərarlı diplomatiya aparıldığını bildirən prezident problemin həlli istiqamətində bəzi irəliləyişlərin qeydə alındığını, özünün də bu məsələni Astanada Rusiya prezidenti Dmitri Medvedyevlə müzakirə etdiyini bildirib

Bütün xəbərlər Facebook səhifəmizdə