5 dekabr 2010-cu il tarixində Dünya Azərbaycanlılları Konqresi (DAK) 21 Azər Hərəkatının 65-ci ildönümünü Bonn şəhərində yüksək səviyyədə qeyd edəcək. DAK mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycanın quzeyindən və güneyindən olan millət vəkilləri, ziyalılar, qonaqlar, sənətçilər və s. iştirak edəcəklər.
Xatırladaq ki, bu il Güney Azərbaycan Milli Hərəkatının ötən əsrdə əldə etdiyi böyük qələbəsinin - Azərbaycan Milli Hökumətinin yaranmasının 65-ci ildönümüdür. 21 Azər (12 dekabr) Hərəkatı kimi tarixə düşən və birillik mövcudluğu dönəmində bir sıra uğurlu imza atan (ölkədə universitet, radio, xəstəxana, filarmoniya açıldı, çoxlu fabriklər tikildi, işsizliyə son qoyuldu, öz doğma dilimizdə məktəblər fəaliyyətə başladı, şəhərlər abadlaşdı və yollara asfalt döşəndi) Mlli Hökumət şah rejiminin qaniçənliyi nəticəsində minlərlə şəhid versə də, Azərbaycan xalqının yaddaşında əbədi yaşama haqqı qazanıb.
İran adlanan yerdəki mövcud şah rejiminin təcavüzü, dünya birliyinin bu təcavüzə imkan yaradacaq etinasızlığı və aralarında sovetlər birliyinin də olduğu bir sıra dövlətlərin xəyanəti nəticəsində qan gölündə boğulan Güney Azərbaycan Milli Höküməti milli azadlıq mübarizəsinin sonucu olaraq millətimizin varlığını bütün dünyaya sübut etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB