“Yası siyasətə qatmaq anormallıqdır” MÜSAHİBƏ

“Yası siyasətə qatmaq anormallıqdır” MÜSAHİBƏ

Müsahibimiz AMİP-nın İdarə Heyətinin üzvü Əli Orucovdur

- Əli bəy, blogger Mehman Hüseynovun anasının vəfatı üzərindən AXCP sədri Əli Kərimlinin və eləcə də onun kimi radikal düşüncəli insanların siyasi divident qazanmaq cəhdlərinə necə qiymət verərdiniz?

- Allah ölənə rəhmət eləsin. Amma kiminsə ölümündən bəzi radikal müxalifət liderlərinin siyasi divident əldə etməsi doğru deyil. Kim ki, belə bir fikrə düşürsə elə bunun özü də uğursuz bir cəhddir. Yəni hər şeyin bir qaydası və bir yönü mövcuddur. Çünki bizim adət ənənələrimiz var və təbii ki, belə şeylər siyasi alət, siyasi vasitə ola bilməz və olmamalıdır. Yaxşı olardı ki, həmin adları çəkilən müxalifət liderləri və onların əlaltıları bu cür hərəkətlərindən əl çəksinlər. Düzdür, hər zaman müxalifət təmsilçiləri nə isə bir məsələ axtarır ki, gündəm gələ bilsinlər. Amma müxalifətin bu məsələ ilə gündəmə gəlməsini düzgün hesab etmirəm. Çünki bu siyasi məsələ deyil, adi bir yas məclisidir. Yəni faciələrlə, bu kimi digər bənzər hallarla bağlı kimsə siyasi mənada nə isə qazana bilməz.

- Ümumiyyətlə, belə hal radikal liderlərdə birinci dəfə baş vermir...

- Bəli, təəssüf ki, daha öncələr də bənzər halların şahidi olmuşuq. Lakin bir daha deyirəm, insanın ailəsində olan itki üzərindən belə bir cəhdlər etmək doğru seçim deyil. Çünki yasın yas yeri var, siyasətin də siyasət. Siyasi mübarizənin siyasi mübarizə metodları yolları var. Yəni bunlar ayrı-ayrı şeylərdir onu buna qatmaq normal deyil, əksinə anormallıqdır.

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə