Siyasi şərhçi: “Azərbaycanda İslamın dəyərləri qorunur" ÖZƏL-AÇIQLAMA - SƏS TV
“Sosial şəbəkələrdə din pərdəsi altında kampaniya aparanlar vahid mərkəzdən idarə olunan qruplardır. Şübhəsiz ki, burada ilk növbədə xarici amillər dayanır. Din amili burada pərdə rolunu oynayır”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, bütün bu prosesin nə İslama, nə də onun dəyərlərinə hər hansı bir formada aidiyyatı yoxdur: “Məqsəd Azərbaycanın daxilində qarşıdurma yaratmaqdan, ölkəmizdə olan tolerant mühiti pozmaqdan və bununla da Ermənistanın əlinə fakt verməkdən ibarətdir. Çünki onlar Dağlıq Qarabağdakı ermənilərin azərbaycanlılarla birgə yaşaya bilmədiklərini ön bir şərt kimi irəli sürürlər və digər separatçı iddialarını bildirirlər. Ermənistanın bu günə qədər sübut etmək istədiyi amillərdən biri də məhz Azərbaycanın xalqının tolerant olmamasıdır. Şübhəsiz ki, tolerantlıq xalqımızın mənəvi dəyəridir və əsrlər boyu cilalanaraq gəlib bu günə çatıb. Təbii ki, Azərbaycan dövləti tolerantlığı ölkənin əsas dəyərlərindən biri hesab edir. Bizim düşmənlərimiz bizi məhz bu nöqtədən vurmağa cəhd göstərirlər. Bu məsələnin arxasında Dağlıq Qarabağı Azərbaycandan qoparmaq niyyəti dayanıb. Məqsəd bundan ibarətdir. Bütün əks arqumentlərin, irəli sürülən iddiaların hər hansı bir formada əsası yoxdur. Azərbaycanda vicdan azadlığı tam təmin olunub və bütün dini konfenssialar birgə rahat yaşayırlar. Azərbaycanda İslamın dəyərləri qorunur. Bu təkcə ayrı-ayrı icmalar şəklində deyil, eyni zamanda dövlət tərəfindən də ciddi dəstək verilir.
Bildiyiniz kimi ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olundu və İslam Həmrəyliyi Oyunları keçirildi. Bütün bunlar ölkəmizin özünün mənəvi dəyərlərə nə qədər yüksək dəyər verdiyini sübuta yetirir. Bu aspektdən müxtəlif dini iddialarla çıxış etmək, fikirlər səsləndirmək şübhəsiz ki, əsassızdır. Əslində bütün bunlar bəhanədən, yalnış məlumatlardan və informasiyadan başqa bir şey deyil. Məqsəd cəmiyyətin diqqətini yayındırmaq, eyni zamanda Azərbaycan ətrafında qeyri-tolerant ölkə aurası yaratmaqdan ibarətdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB