Ermənistanlı kriminal avtoritet saxlanılıb

Ermənistanlı kriminal avtoritet saxlanılıb

Dubay aeroportunda axtarışda olan ermənistanlı kriminal avtoritet saxlanılıb. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, İnterpolun Birləşmiş Ərəb Əmirliklərindəki Milli Mərkəzi Bürosundan Ermənistan bürosuna iyulun 30-da Dubay hava limanında axtarışda olan 1971-ci il təvəllüdlü Aram Vardanyanın saxlanıldığı ilə bağlı məlumat daxil olub. Artıq A.Vardanyanın ekstradisiya proseduruna başlanması üzrə tədbirlər görülüb.

Qeyd edək ki, A.Vardanyan kriminal aləmdə daha çox "Vstreçi aper" ləqəbi ilə tanınır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə