Bu gün Astananın Müstəqillik sarayında ATƏT-in sammiti öz işinə başlayıb
Bu gün Astananın Müstəqillik sarayında ATƏT-in sammiti öz işinə başlayıb. SİA-nın "Tengrinews.kz"-ə istinadən verdiyi xəbərə görə, Qazaxıstanın prezidenti Nursultan Nazarbayev ATƏT-ə sədrlik edən dövlətin başçısı kimi çıxış edərək görüş iştirakçılarını salamlayıb. Sammitin vacibliyini vurğulayan Nursultan Nazarbayev müzakirə olunan məsələlər barəsində məlumat verib. O, qeyd edib ki, qurumun qarşısında duran əsas vəzifə üzv ölkələr arasında əməkdaşlıq və inteqrasiya sahəsinin gələcək perspektivlərini inkişaf etdirmək üçün inam yaratmaqdan ibarətdir. Eyni zamanda Qazaxıstanın prezidenti ATƏT-də quruma üzv olan ölkələrin nazirləri səviyyəsində transsərhəd cinayətkarlığına qarşı mübarizə idarəsinin yaradılması təklifi ilə çıxış edib.
ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın Dövlət katibi-xarici işlər naziri Kanat Saudabayev isə çıxışında bildirib ki, hazırki sammitdə 1999-cu ildə qəbul olunan Avropanın təhlükəsizliyi Xartiyasının yeniləşməsi barəsində sənəd qəbul olunacaq: "Qırğızıstanda baş verən son hadisə buna ehtiyacın olduğunu göstərdi. Qurum yenədə stabillik və sülhün qorunması istiqamətində iş aparacaq". K. Saudabayev həmçinin sammit iştirakçılarına da səslənib: " Sizdən bircə xahişim var. Vankuserdən tutmuş Vladivastoka qədər olan ərazilərdə sülhün qorunması üçün öz kişiliyinizi və mənliyinizə and için".
BMT-nin Baş katibi Pan Ki Mun isə çıxışında daha çox ekoloji problemlərə toxunaraq, dünya fauna və florasının qorunması istiqamətində görülməsi vacib olan işlərdən danışıb. Eyni zamanda o, kütləvi qırğın silahlarının istifadə edilməsini də pisliyib.
Daha sonra ATƏT-in Parlament Assambleyası və Baş katibi Petros Eftimiu sammitdə əldə olunacaq razılaşmanın əhəmiyyəti barəsində danışıb. ATƏT-in Baş katibi Mark Perrin de Brişambo isə müzakirələrdə ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasının bütün ölçülərinə müraciət etmək üçün ehtiyacın olduğunu qeyd edib. Sonda isə ATƏT-in üzv ölkələrinin və tərəfdaş dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri çıxış edəcəklər.
Astana sammitində 38 dövlət və hökumət rəhbərləri, bir vitse-prezident, 7 hökumət başçısının müavini, 14 nazir, ATƏT-in üzv ölkələrinin və tərəfdaş təşkilatların digər yüksək vəzifəli şəxsləri, habelə beynəlxalq və regional təşkilatların nümayəndələri iştirak edir. Astana sammiti 1999-cu ildə İstanbulda keçirilən sammitindən sonra ATƏT-in ilk zirvə görüşüdür. Eyni zamanda ATƏT-in Mərkəzi Asiyada keçirilən ilk sammitidir. Plenar sessiya dekabr 2-də davam edəcək.
Sammitin nəticələri ilə bağlı Qazaxıstan prezidenti Nursultan Nazarbayev mətbuat konfransı keçirəcək. Zirvə görüşünə qədər Varşavada, Vyanada və Astanada vətəndaş cəmiyyəti və hökumət nümayəndələri ATƏT-in qarşısında götürülən öhdəliklərin icrasını qiymətləndirmək üçün konfrans keçiriblər. Görüşün sonunda yekun sənədin qəbul ediləcəyi gözlənilir.
Sammitin ikinci günündə isə Azərbaycan prezidenti İlham Əliyev bir sıra ikitərəfli görüşlər keçirəcək. Qeyri-rəsmi məlumatlara əsasən Ermənistan prezidenti Serj Sarksyanla təyin olunmuş ikitərəfli görüşdə nəzərdə tutulub. Bu görüşdə Dağlıq Qarabağ problemi müzakirə ediləcək. Qazaxıstan KİV-lərin verdiyi xəbərə görə, görüşdə Qazaxıstanın dövlətin başçısı Nursultan Nazarbayev də iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB