Ermənistanda daha bir vəzifəli şəxs istintaqa çağırılıb

Ermənistanda daha bir vəzifəli şəxs istintaqa çağırılıb

Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorkyan Xüsusi İstintaq Xidmətinə çağırılıb. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı xidmətin mətbuat katibliyi yayıb. O, 2008-c il martın 1-2-də baş vermiş hadisələrlə bağlı açılan cinayət işi üzrə dindiriləcək. Məsələnin detalları haqqında əlavə informasiya verilməyib.

Qeyd edək ki, A.Gevorkyan 2007-ci ilin iyunundan 2008-ci ilin aprelindədək Ermənistan Təhlüksizlik Şurasının katibi vəzifəsində işləyib. Bu şuranın sədri isə Ermənistan prezidentidir. O vaxt quruma sədrliyi Robert Koçaryan edib.

A.Gevorkyan 2018-ci ilin aprel hadisələri zamanı baş nazirin müavini vəzifəsini tuturdu. O, həmin dövrdə Moskvaya çağırılmış Ermənistan rəsmilərindən biri idi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə