Tapdıq Abbas: “Bizimlə ünsiyyət qurmağa çalışanlara mənfi münasibət bəsləmək yanlış hərəkətdir” AÇIQLAMA

Tapdıq Abbas: “Bizimlə ünsiyyət qurmağa çalışanlara mənfi münasibət bəsləmək yanlış hərəkətdir” AÇIQLAMA

"Kimliyindən asılı olmayaraq, hətta milliyyəti erməni olan insan olsa belə, Bakıya gəlib Azərbaycan mahnılarını oxuyursa, onu sevib, təbliğ edirsə, musiqimizi bizim üçün səsləndirirsə, bu, ölkəmizə, musiqimizə göstərilən hörmətin əlamətidir". Bunu SİA-ya açıqlamasında "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas deyib. Onun sözlərinə görə, eyni zamanda, torpaqlarımızı işğal edən, musiqimizi və digər milli dəyərlərimizi oğurlamağa çalışan erməni irticasının hərəkətini inkar etməkdir: "Erməni xalqı ilə əbədi düşmən olacağımızı zənn edənlər dərk etməlidir ki, erməni millətindən olub, xalqımıza, dövlətimizə hörmət edən, hər iki millətin bir yerdə yaşamağa məhkum olduğunu düşünüb, bizimlə ünsiyyət qurmağa çalışanlara mənfi münasibət bəsləmək yanlış hərəkətdir. Ona görə də "Jara" beynəlxalq musiqi festivalında iştirak etmək istəyən erməni musiqiçinin Bakıya gəlişinə etiraz edənlər bir qədər ciddi düşünüb, səhv yoldan çəkinməyi bacarmalıdırlar".

GÜLYANƏ

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə