YAP Yasamal rayon təşkilatında dini redikalizmə mübarizə ilə əlaqədar tədbir keçirilib

YAP Yasamal rayon təşkilatında dini redikalizmə mübarizə ilə əlaqədar tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayonu Təşkilatında dini radikalizmə qarşı mübarizə ilə əlaqədar tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə ilk çıxış edən təşkilat sədri Tağı Əhmədov bildirib ki, dini düzgün təbliğ etmək hər kəsin borcudur: "Dövlətin dindən ayrılığı da hər kəsə məlumdur. Amma buna baxmayaraq, bəzi şəxslər din pərdəsi altında müəyyən hadisələrə cəhd olunur. Azərbaycan xalqı bütün məsələlərdə olduğu kimi bu cür vəziyyətlərdə bir olub mübarizəsini davam etdirməlidir. Dövlət tərəfindən bu cür hadisələrin qarşısının alınması istiqamətində qətiyyətli addımlar atılır".

Təşkilat sədri söyləyib ki, Azərbaycanda məktəblərdə 5-ci sinifdən başlayaraq din üzrə təhsil verilməlidir: "Bu, dini düzgün təbliğ istiqamətində mühümdür. Dini dərs almaq dindar olmaq demək deyil, sadəcə dinin düzgün təbliği üçün mühümdür. Təəssüf ki, müqəddəs kitabımız düzgün təbliğ etməyən, özlərindən hədislər uyduranlar var. Bunların qarşısının alınması üçün dini elmi, savadı olan şəxslərə ehtiyac var. Dinlə kor-koranə məşğul olmaq düzgün deyil. Əgər bir insan dinlə məşğul olursa, onun elmi tərəfini bilməlidir. Biz din pərdəsi altında qanunsuz əməllərə qoşulanların geri qaytarılması istiqamətində fəaliyyətimizi əsirgəməməliyik. Ərəb ölkələrində baş verənlərin Azərbaycana təsirinə mane olmalıyıq. Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində bu cür cəhdlərin qarşısı alınır, ölkəmizin inkişafına kölgə salanlara layiqli cavablar verilir".

T.Əhmədov bildirib ki, Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin çox olması ölkəmizə təzyiq cəhdlərini artırır: "Ölkəmizin inkişafına sevinməyən qüvvələr Azərbaycanın uğurlarına mane olaraq, dünyadakı imicimizə zərbə vurmağa çalışırlar. Azərbaycan bu gün Ermənistandan başqa bütün ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq edir. Bu Azərbaycan diplomatiyasının uğurudur".

Daha sonra çıxış edən təşkilatın sədr müavini Rasim Nəbiyev bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin uğurlu davamı nəticəsində qüdrətli Azərbaycan dövləti yaradılıb: "Azərbaycan iqtisadi müstəqilliyimizə nail olmuşuq. Bu müstəqillik suverenliyimizi əbədi edib. Cənab Prezident hakimiyyətə gəldiyi ilk gündən ölkəmiz dinamik inkişaf dövrünə qədəm qoyub. Azərbaycan dünyanın ən böyük layihələrini həyata keçirməyə başlayıb. Son 15 ildə Azərbaycan iqtisadiyyatı heç bir ölkənin keçmədiyi inkişaf yolunu keçib. Bu illər ərzində Azərbaycana 237 milyard investisiya qoyulub. Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi layihələri ölkəmizin regionda təhlükəsizliyinə mühüm töhfə vermiş oldu. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyində, milli təhlükəsizliyinin təmin olunmasında öz rolunu göstərdi. Digər tərəfdən ölkəmizdə nəhəng nəqliyyat dəhlizləri yarandı. Bu nailiyyətlər xarici və daxili düşmənlərimizi narahat edərək ölkəmizə qaşı yönəldir. Bir sıra qüvvələr maliyyələşdirərək ölkəmizə qarşı istifadə olunur".

Azərbaycanın beynəlxalq reytinqlərdə mühüm pillədə durduğunu deyən təşkilatın sədr müavini söyləyib ki, bu göstəricilərə ölkəmiz xalq-iqtidar birliyinə görə 20-yerdə dayanır: "Bu, Azərbaycan üçün mühüm nailiyyətdir. Azərbaycanda əldə olunan nailiyyətlərin əsasında siyasi, iqtisadi sabitlik durur. Azərbaycanın əldə etdiyi nailiyyətlər bununla kifayətlənmir. Azərbaycan milli, bəşəri dəyərlərimizin qorunub saxlanmasında böyük addımlar atılıb. Azərbaycanın, terrorizmə, separatizmə qarşı apardığı mübarizə bir daha göstərir ki, ölkəmiz bu sahədə qətiyyətlidir. Biz nailiyyətlərimiz fəxr etməli, düşmənlərimizə qarşı birgə mübarizə aparmalıyıq".

Tədbir müzakirələrlə davam edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə