Ərdoğan: "İran Türkiyənin strateji müttəfiqi və qonşusudur"

Ərdoğan: "İran Türkiyənin strateji müttəfiqi və qonşusudur"

“ABŞ-ın İranla bağlı qərarlarını yaxından izləyirik”. SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, qeyd edib ki, İran Türkiyənin həm strateji müttəfiqi, həm də qonşusudur: “Sanksiyalarla bağlı bunları bilmək lazımdır. ABŞ strateji müttəfiqimizdir. Bu səbəbdən digər strateji müttəfiqlərimizlə əlaqələri kəsmək ölkələr arasındakı müstəqillik anlayışımıza tərsdir. İran həm qonşumuz, həm də strateji ortağımız olacaq. Bunu Obama dönəmində də deyirdik. İndi də eyni fikri söyləyirik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə