Nazir: "FETÖ-yə qarşı mübarizədə Azərbaycana dəstək göstərəcəyik"

Nazir: "FETÖ-yə qarşı mübarizədə Azərbaycana dəstək göstərəcəyik"

"Azərbaycan digər ölkələrdən fərqli olaraq, FETÖ-yə qarşı vaxtında tədbirlər gördü". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib.

Çavuşoğlu bildirib ki, FETÖ terror təşkilatı maliyyələşdirdiyi məktəblər vasitəsilə ölkələrə sızmağa çalışır: "Bəzi ölkələr bu məsələdə gecikib və FETÖ həmin ölkələrə nüfuz edib. Lakin Azərbaycan zamanında tədbirlər gördü. Biz bundan sonra da FETÖ-yə qarşı mübarizədə Azərbaycana dəstək göstərəcəyik".

O qeyd edib ki, Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyənin yanında olan birinci ölkədir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə