Dağıdıcı düşərgədə Rəsul Quliyev qalmaqalı

Dağıdıcı düşərgədə Rəsul Quliyev qalmaqalı

Rəsul Quliyev: "Arif Hacılı İsa Qəmbərin əcaib kölgəsidir"

Son günlər müxalifət düşərgəsində özündən "müştəbeh" "liderlər"in mənəmlik iddiaları eks-spiker Rəsul Quliyevin əsəblərini yenidən tarıma çəkib. Ölkə müxalifətini müqəvvaya bənzədən R.Quliyev bildirib ki, nə bu günə kimi, nə də bundan sonra AXCP və Müsavat kimi partiyaları tanımayıb, tanımayacaq da: "Kimə dəstəkdən söhbət gedir, müqəvva müxalifətdən? Məgər mən müqəvvaya dəstək verə bilərəmmi?! Bu günə kimi, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı, Cəmil Həsənli və nə bilim bu "badbaxtları" özləri kimi müqəvvalar dəstəkləyə bilər".

Eks-spiker bildirib ki, nə İ.Qəmbər, nə Ə.Kərimli, nə A.Hacılı, nə C.Həsənli və nə bilim, bu kəslərə bu sualı vermək də gülünclükdür: "Çünki bu "badbaxtlar" başdan-ayağa elə həyasızlıq, satqınlıq simvoludurlar. İndi, sizcə belələri xəcalət çəkə bilərlər?" Elə götürək Müsavat başqanı A.Hacılını.

Arif Hacılı ambisioz insandır

R.Quliyev, Müsavat başqanı A.Hacılını tənqid edərək, onun nəinki başqan, heç müavin olmaq potensialının da olmadığını bildirib. Eks-spiker bildirib ki, Müsavatın növbəti qurultayında A.Hacılı başqanlığa əlvida deyəcək: "Əgər qurultay baş tutmasa da, ambisioz A.Hacılının başqanlığa əlvida deməsi baş tutacaq. Partiyada baş verən istefalar onu göstərir ki, artıq Müsavat partiyası yoxdur. Bir də 25 ildən çoxdur ki, yalan, fırıldaqlar edirlər. Artıq onlar arxivdədirlər. Çünki özlərini müxalif liderlər adlandıranlar var ki, yaşca qocalıblar. Nə qədər köhnə hava ilə oynamaq olar? 50-sini keçmələrinə baxmayaraq, gördükləri işləri ardıcıllıqla toplasan, bir vərəq kağıza sığışar. O vərəqdə də, sadəcə olaraq, nə vaxt anadan olub və nə vaxt institutu qurtarıb. 25 ildən çoxdur xəyallarala yaşayırlar. Düşüncəli adamlar yaşadıqlarını dərk edir, müxalifət düşərgəsində olan bəzi mafiozlar isə bunu nə düşüməyə qadirdilər, nə də dərk etməyə".

R.Quliyev A.Hacılıya yönəltdiyi ittihamında onu İ.Qəmbərin əcaib kölgəsi olduğunu bildirib. "Tərbiyəsiz" A.Hacılı heç vaxt, nəinki Azərbaycanın siyasi həyatında, heç Müsavat daxilində "lider" olmayıb, olmayacaq da. İndi bu səbəbdən də dediyim doğru sölərimdən bu gün bu "badbaxt" kənd müxbiri əsəblərini cilovlaya bilmir? Bu primitiv düşüncəyə sahib olan bu, "badbaxtlar" heç vaxt xəstə düşüncədən uzaqlaşa bilməyəcəklər".

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə