Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin gözlənilən görüşü baş tutdu. Hər iki diplomat ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Belçikanın paytaxtı Brüseldə bir araya gəldi. İlk baxışdan bu görüş formal görsənsə də Bakı üçün vacib siyasi nüanslar baxımından olduqca əhəmiyyətli hesab oluna bilər. Məsələ burasındadır ki, İrəvanın yeni rəhbərliyi hər vəhclə danışıqlardan yayınmağa, diplomatik təmaslardan qaçmağa çalışırdı.
Görünür, Paşinyan danışıqların suni şəkildə dondurulması siyasətinin qurmaq istədiyi hakimiyyətə baha başa gələ biləcəyini dərk edib. Sülh prossesinin dayandırılması hərbi əməliyyatların başlanması deməkdir ki, bu da siyasi dayaqları hələ bərkiməyən Paşinyan hakimiyyətinin çökməsinə gətirər. Məmmədyarov Mnatsakanyan görüşü həm də Ermənistan tərəfinin irəli sürməyə çalışdığı sərsəm təkliflər baxımından da diqqət çəkirdi.
Paşinyanın israrla Dağlıq Qarabağın erməni icmasının danışıqlarda tərəf kimi təmisil olunması, dolayısı ilə separatçı rejimi “müstəqil dövlət” kimi göstərmək istəyi iflasa uğramış oldu. Qısası Bakının irəli sürdüyü şərtlərdən kənara çıxılmadı, danışıqların formatı dəyişdirilmədi. Məhz bu amili İrəvandakı yeni rejim üzərində diplomatik qələbə kimi xarakterizə etmək olar.
Müzakirələrə gəlincə, Ermənistanın hazırladığı plan işə düşmədiyindən böyük ehtimalla əsas fikir mübadiləsi işğal olunan Qarabağ ətrafı rayonların azad edilməsi üzərində aparılıb. Azərbaycan üçün yeganə sülh prossesi ilkin mərhələdə Qarabağ ətrafı rayonların boşaldılması ilə başlayır. Bu Bakının prinsipial mövqeyidir və hərbi müdaxiləni gündəmdən çıxaracaq tək şərtdir. Nazirlərin görüşü ilə bağlı ATƏT-in Minsk Qrupunun birgə yaydığı bəyanatda Məmmədyarov və Mnatsakanyan arasında 4-saat davam edən müzakirələrin konstruktiv keçdiyi bilidirib. Hətta tərəflərin gələcək görüşlər üçün bəzi məsələləri razılaşdırdığı, yenidən bir araya gəlmələri barədə qərar verildiyi deyilir. Hər halda Brüssel müzakirəsi İrəvanın yeni hakimiyyəti ilə ilk yüksək səviyyəli diplomatik təmas oldu. Azərbaycan tərəfi öz mövqeyini bir daha, özü də konkret Mnatsakanyana çatdırdı.
İ.Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB