Bir müddət əvvəl Əfqanıstan və İraq müharibəsi ilə bağlı gizli sənədləri ictimaiyyətə açıqlayan "Wikileaks" saytı yenidən gündəmə gəlib. SİA-nın məlumatına görə, "New York Times", "The Guardian", "Der Spiegel" və "Le Monde" qəzetlərinin eyni vaxtda nəşr etdiyi sənədlər ABŞ-lı diplomatların Vaşinqtonla yazışmalarını özündə əks etdirir.
251 min 287 sənədin ən köhnəsi 1966-cı ildə, ən yenisi isə 2010-cu ilin fevralında yazılıb. Sənədlər arasında ən geniş yeri 7 min 918 teleqraf ilə ABŞ-ın Ankara səfirliyinin etdiyi yazışmalar tutur. ABŞ-ın Ankara səfirliyi Vaşinqtona 577 gizli sənəd göndərib. "Wikileaks"ın yayımladıqları teleqraflardan ən azı 15 min 652 sənəd "gizli" statusu daşıyır. ABŞ Xarici İşlər Nazirliyindən 8017 teleqraf göndərilib. Bəzilərinin altında xarici işlər naziri Hillari Klintonun imzası var. Vaşinqton və səfirliklər arasındakı yazışmalarda İraqın adı 15 min 365 dəfə keçir. İraqla birlikdə İran da ən çox adı çəkilən ölkələr arasındadır. Son üç ildə isə sənədlərdə ən çox İranın adı çəkilir. Teleqraflar Səudiyyə Ərəbistanının ABŞ-a dəfələrlə "İrana hücum" çağırışı etdiyini göstərir. Sənədlərə görə, ABŞ Xarici İşlər Nazirliyi ən az 33 ölkədəki səfirliklərinə kəşfiyyat məlumatları toplamağı əmr edib.
"Wikileaks"ın açıqladığı sənədlərə görə, Vaşinqton diplomatları vasitəsilə müttəfiqlərinə üçün belə casusluq edib. Vaşinqton ABŞ-ın BMT nümayəndəliyində çalışanlardan BMT baş katibi də daxil olmaqla təşkilatın bir çox vəzifəlisi haqqında məlumat toplamağı göstərişini verib. BMT səlahiyyətlilərinin əlaqə sistemlərinin şifrələri və kredit kartlarının nömrələrinin öyrənilməsinə çalışılıb.
Yeni sənədlərə görə, İtaliya xarici işlər naziri də Türkiyənin İran mövzusunda ikili oyun oynadığını söyləyib. Başqa bir sənəddə də Türkiyənin İsrail-Suriya danışıqları mövzusunda qəribə bir davranış sərgilədiyi ifadə olunur. Sənədlərə görə, Səudiyyə Ərəbistanı kralı Abdullah İranın nüvə proqramını dayandırmaq üçün ABŞ-dan dəfələrlə bu ölkəyə hücum etməsini istəyib. Orta Şərqdəki ABŞ nümayəndəliklərinin Vaşinqtona təqdim etdiyi sənədlərin birində, "Səudiyyə Ərəbistanı kralı tez-tez ABŞ-a İrana hücum etməsini nəsihət edir" yazılıb. İordaniya və bəhreynli səlahiyyətlilər də İranın nüvə proqramının hərbi müdaxilə də daxil olmaqla nə şəkildə olursa-olsun dayandırılmasını istəyib. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir liderləri İrandan "şər", "bizi müharibəyə aparacaq bir güc" olaraq danışıb. İsrailin hərbi kəşfiyyat rəhbəri general Amos Yadlın keçən il "İsrail İranı təhlükəsiz saymayıb, 11 Sentyabrda ABŞ-ın çaşdığı kimi çaşmayacaq" deyib.
Romadakı ABŞ-lı diplomatlar 2009-cu ildəki bir yazışmada İtaliya Baş naziri Silvio Berluskoni və Rusiya baş naziri Vladimir Putin arasındakı yaxınlığa diqqət çəkib. Onların bir-birinə çox bahalı və lüks hədiyyələr verdiklərini söyləyən diplomatlar "Berluskoni Putinin Avropadakı mətbuat katibi halına gəldi" deyib. Sənədlərdə onların arasındakı əlaqəni təmin edənin rusca danışan bir italyan olduğu da ifadə olunub.
Sənədlərdə "Əl-Qaidə" kimi sünni terror təşkilatların ən böyük maliyyə dəstəyinin Səudiyyə Ərəbistanı olduğu ifadə olunur. Həmçinin, Qətərin də terrorçularla mübarizə aparmaqdan qaçdığı deyilir. Sənədlərə görə, Liviya lideri Qəddafi isə sarışın bir tibb bacısı ilə gəzir.
24 Fevral 2010-cu il tarixli bir sənədə görə, İran Şimali Koreyadan 19 raket alıb. Bu sənədlə əlaqədar xəbər verən "New York Times" ABŞ prezidenti Barak Obamanın xahişinə görə sənədi bütünlüklə nəşr etməyib. Yayımlanan sənədlərdə isə göstərilir ki, "gizli ABŞ kəşfiyyatin qiymətləndirmələrinə görə İran Rus dizaynı olan raketlər alıb. "BM-25" olaraq tanınan raketin Şimali Koreya versiyası nüvə döyüş başlığı daşımaq gücünüə sahibdir. İrandan atılsa, döyüş başlıqları Berlin də daxil olmaqla Qərbi Avropaya çata bilər".
Almaniyanın "Der Spiegel" mətbu orqanının xəbərinə görə sənədlər ABŞ-lı diplomatların Türkiyənin "etibarlı bir ortaq" olub-olmadığı ilə əlaqədar şübhələrin olduğunu göstərir. Sənədlərdə Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlunun çox təhlükəli olduğu bildirilir. ABŞ-lı diplomatlar, həmçinin Ə.Davutoğlunun özünə çox güvəndiyini ifadə edib. Sənədlərdə Ərdoğanın ətrafında "yaltaq, qürurlu məsləhətçilərin" olduğunu və özünü "Anadolu xalqının qoruyucusu" olaraq təqdim etdiyi vurğulanır. Sənədlərdə Ərdoğanın həddindən artıq bir qürura və acgözlüyə sahib olduğu qeyd edilib. Ərdoğan ilə prezident Abdullah Gül arasında da AKP-yə idarəçilik üstündə bir çəkişmənin yaşandığı ifadə olunur.
İran prezidenti Mahmud Əhmedinecad Hitlerlə müqayisə edilir. İsrailin baş naziri Benyamin Netanyahu "zərif və cazibədar" kimi təqdim olunaraq təriflənir, ancaq eyni zamanda onun verdiyi sözləri yerinə yetirmədiyi deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB