“Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Qarabağda hərbi xidmət keçməsi ilə bağlı kütləvi informasiya vasitələrində aparılan kampaniya göstərir ki, bu, bir siyasi şouya çevrilib”. SİA-nın verdiyi məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla populist Paşinyan hökuməti özünün reytinqini və cəmiyyətdə nüfuzunu saxlamağa çalışır: "Paşinyan hökumətinin 100 günü yaxınlaşır. Hökumət bu 100 gün ərzində ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində ciddi addımlar atmaq əvəzinə, belə populist addımlarla öz reytinqini saxlamağa çalışır".
Onun sözlərinə görə, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti göstəricisidir: "Bu kimi əməllər konstruktiv xarakter daşımır və regionda sülhün təmin olunmasına xidmət etmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB