Qoran Lenmarker: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur" - MÜNASİBƏT

Qoran Lenmarker: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur" - MÜNASİBƏT

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur. SİA-nın "Armenia Today"a istinadən verdiyi məlumata görə, bunu ATƏT Parlament Assambleyasının fəxri sədri Qoran Lenmarker Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə bildirib. Q. Lenmarker deyib ki, həm Ermənistan, həm də Azərbaycan qarşılıqlı ittihamlardan çəkinməli, münaqişənin həllinə hansı səviyyədə hazır olduqlarına dair daxili müzakirələrə başlamalı, ictimaiyyəti əldə olun biləcək siyasi həll və kompromislərə hazırlamalıdır.

 

Q. Lenmarkerin bildirib ki, Dağlıq Qarabağ münaqişəsi hazırda donmuş sayıla bilməz. Çünki hər il münaqişə zonasında təxminən 20 nəfər ölür: "Müharibə fəlakət olardı, lakin mən düşünmürəm ki, hadisələr bu yöndə inkişaf edə bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə