Rus bazasından imtina ermənilərin meydanda tək qaldıqlarına işarədir
Bir dövlət olaraq Ermənistanın mövcudluğu, hətta Azərbaycan ərazilərini işğal altında saxlaya bilməsi belə öz gücünə mümkünsüzdür və həmişə olduğu kimi hələ də bu işğalçı dövlət öz hamiləri sayəsində ayaqdadır. Amma son dövrlərin hadisələri erməniləri bütün bu imkanlardan, yəni sığınacaqlarından, dayaqlarından məhrum olmağa sürüklədi və istənilən anda xəyanət etməyə hazır olan ermənilər öz xislətlərini ortaya qoymaqla öz müqəddəratlarını sual altında qoydular. Məhz Rusiyanın timsalında Ermənistan öz hamilərindən məhrum oldu və indi işğalçılar onun da fərqindədirlər ki, ölkələrinə əvvəlki kimi maraq yoxdur.
Ermənistanda antirusiya əhval-ruhəsiyyəsinin baş qaldırması erməni xəyanətkarlığının növbəti təzahürüdür
İrəvanın Moskvaya xəyanətkar bir mövqe sərgilədiyini müşahidə etmək çətin deyil və Avropa İttifaqı ilə imzalanan saziş bunun əyani sübutudur. Onsuz da Ermənistanda məxməri inqlabın fonunda hər şey göz qabağında idi və açıq-aşkar görünürdü ki, ermənilər ruslara qarşı heç də meyilli deyildilər. Əksinə, buqələmun kimi hər an öz görünüşünü dəyişməkdə mahir olan ermənilərin Qərb meyilli olduğu diqqətdən yayınacaq deyildi. Elə buna görə də hakimiyyətə Rusiyanın deyil, Qərbin adamını gətirməkdə israrlı idilər. Buna nail oldular da. Hakimiyyət, idarəçilik təcrübəsi, siyasi savadı və qabiliyyəti olmasa da beli çantalı nümayişçi Nikolu baş nazir postuna otuzdurdular və bu özü də özlüyündə rusların altından stul çəkmək kimi bir təəssürat bağışladı. Paşinyan nə qədər rusların qarşısında erməni hiyləgərliyi ilə bundan sonra baş əysə də artıq xəyanətkar simaları ortadadır və Rusiya heç də Ermənistan hakimiyyətinə, erməni xalqına inanmaq niyyətində ola bilməz. Çünki, Qafqazda məskunlaşmalarından tutmuş, statuslarına qədər ermənilərin hər bir müqəddəratı rusların köməyi ilə reallaşdırılmışdı və bütün bunların fonunda indi ermənilərin göstərdikləri sima yalnız xəyanətin təcəssümü kimi dəyərləndirilə bilər.
İndi ABŞ-ın Rusiyaya tətbiq etməyə hazırlaşdığı yeni sanksiyalar fonunda Ermənistanda antirusiya əhval-ruhəsiyyəsinin daha sürətlə baş qaldırması erməni xəyanətkarlığının növbəti təzahürüdür və bunu da ruslar çox yaxşı başa düşürlər. Hətta iş o yerə çatıb ki, Ermənistan Rusiyanın 102-ci hərbi bazasının ləğv edilməsi məsələsini gündəmə gətirib və bu artıq erməni həyasızlığının ekstremumu, böhran nöqtəsi hesab oluna bilər. Ermənistanı daim mühafizə edən rus hərbi bazasını ləğv etmək istəyi bir tərəfdən gülünc görünsə də digər tərəfdən çox maraq doğrur və hər kəs düşünməkdə haqlıdır ki, görəsən erməniləri qoruyan hərbçilərdən özləri niyə imtina etmək niyyətindədirlər? Ermənilər rus bazasının onların təhlükəsizliyinə zəmanət vermədiyini səbəb kimi ortaya atırlar və görəsən özlərinin bu təhlükəsizliyin təminatına inamının olmamasl fonunda heç olmasa dərk edirlərmi ki, əsas səbəb kimi ortaya atdıqları belə onların bu vaxta qədər ruslar tərəfindən mühafizə olunmasının, Rusiyanın hərbi dəstəyinin olmasının etirafıdır?
Ermənilər ehtiyat edirlər ki, lazım olan məqamda Rusiya Ermənistanı Türkiyə və Azərbaycanın qucağına ata bilər
Bu məsələ ilə bağlı erməni siyasi şərhçi Aram Amatuni iddia edir ki, Rusiya lazım olan məqamda Ermənistanı Türkiyə və Azərbaycanın qucağına ata bilər və ermənilər də məhz bundan ehtiyat edirlər. Əslində ermənilərin bu ehtiyat etmələri başa düşüləndir və etdikləri nankorluq müqabilində başqa gözləntilər də ola bilməz. Doğrudur, bu vaxta qədər ruslar ermənilərdən yaltaqlığı nəzərə almasaq yalnız bu kimi xəyanətlər görüb və bir növ onların simasızlığı yenilik də deyil. Amma ermənilər özləri də başa düşürlər ki, bu dəfə ruslara elə bir xəyanət ediblər ki, onların dəstəyinə zərrə qədər bel bağlaya bilməzlər. Ola bilsin bu etibarsızlıq etmələrinin zərrə qədər mənası yoxdur və ruslar Qafqazda öz mövqeləri xatirinə belə bir niyyətdə də deyillər. Amma ermənilər məsələyə öz rakurslarından baxırlar, öz arşınları ilə ölçürlər deyə güman etmək, ümid etmək kimi bir niyyətləri yoxdur və öz talelərini sual altında qoymaqdan çəkinirlər.
Onsuz da Türkiyənin Afrin əməliyyatı Ermənistanın gələcəyini sual altına qoydu. Afrində əldə olunan qələbə ermənilərin yuxusunu ərşə çəkdi və Türkiyə ilə hesablaşmanın vacibliyinə əminliyi artırdı. Hətta bu hesablaşmanın Rusiya tərəfindən qəbul olunduğunun da şahidi olduqda kürklərinə birə düşdü desək yanılmarıq. Xüsusən də Rusiyanın Suriyada Türkiyənin qabağını açması faktını ermənilər unutmaq niyyətində deyillər və bu kontekstdə Gümrüdəki rus bazasını da Türkiyənin Ermənistanı “udması” üçün platforma kimi görürlər.
Erməni şərhçiləri Rusiyanın Azərbaycana silah satdığından, Türkiyə ilə birgə hərəkət etdiyindən narahatlıqlarını da gizlətmirlər və öz xislətlərindən çıxış edərək düşünürlər ki, ən çətin məqamda Rusiya Ermənistanın arxasından çəkiləcəklər. Düşünürlər ki, əgər Ankara və Bakı Qarabağın azadlığı hərəkatına başlasa, Rusiya Ermənistanın arxasında olmayacaq və hətta qarşıdan belə çəkilərək Ermənistanı meydanda tək qoyacaq. Məhz bu baxımdan rus bazasının təhlükəsizliyin zəmanəti olmasına şübhə ilə yanaşılır və 102-ci hərbi bazanın ləğv edilməsi, rus qoşunlarının Ermənistandan çıxarılması niyyəti güdülür.
Ermənistanda antirusiya əvhali-ruhiyyəsi rusların ürəyincə deyil və bunu ermənilərə bağışlaya bilmirlər
Rusiyalı ekspertlər isə tamam başqa fikirdədir və Ermənistan hökumətini təqsirli hesab edirlər. Rusiyalı ekspert Andrey Nikolayev hesab edir ki, əslində, Ermənistanla Avropa Birliyi arasında çərçivə sazişi imzalandıqdan sonra bu ölkədə antirusiya əvhali-ruhiyyəsi açıq şəkildə qızışıb. Əhalinin bu əhval-ruhiyyəsi sözsüz ki, rusların ürəyincə deyil və illər, onilliklər, hətta əsrlər boyu erməniləri öz himayəsində saxlayan ruslar özlərinə qarşı antipatiyanı həzm edə və bunu ermənilərə bağışlaya bilmirlər. Ekspertin sözlərinə görə, rəsmi dairələr bunun qarşısının alınması istiqamətində hansısa əməli addımlar atmır və məhz bu səbəbə Ermənistan höküməti də təqsirlidir.
Andrey Nikolayev ermənilərin rus bazasının Ermənistanı tərk etməsi tələbinə çox sərt şəkildə reaksiya verib və öz təəccübünü də gizlətməyib. Ekspert Ermənistanın vəziyyətini nəzərə alaraq, onu məhz Azərbaycanla müqaisə edərək sual edib ki, əgər “Rusiya hərbçiləri Ermənistandan gedərsə, onu kim qorumağa başlayacaq?” Nikolayev Ermənistanın özünü qorumaq iqtidarında olmadığını, ermənilərin Azərbaycan və Türkiyə ilə münasibətlərinin gərgin olduğunu da bildirərək Azərbaycanla müharibə rejimində olduğunu da xatırladıb və hərbi cəhətdən də Azərbaycanın kifayət qədər güclü olması həqiqətini erməni cəmiyyətinin nəzərinə çatdırıb.
Doğrudur, ermənilərin rusların himayəsinə artıq ümidi qalmayıb və xəyanətləri fonunda Rusiyanın Ermənistanın arxasında durmayacağını yaxşı başa düşürlər və bunu etiraf etmələri belə deyilənləri təsdiq edir. Lakin Rusiyalı ekspert Andrey Nikolayevin təbirincə desək Azərbaycanın kifayət qədər güclü olması həqiqətini erməni cəmiyyəti də yaxşı bilir və bütün bunların fonunda rus bazasından imtina etmələri də çox gülünc səslənir. Çünki, Ermənistan ictimaiyyəti çox yaxşı başa düşür ki, Rusiyanın dəstəyi olmadan onlar nəinki işğal etdikləri əraziləri, hətta öz torpaqlarını belə mühafizə etmək iqtidarında deyillər. Ermənistan ordusunun indi hansı halda olduğu, əsgərlərin təminatının belə sıfır səviyyəsinə düşdüyü heç kim üçün sirr deyil və Azərbaycan ordusu kimi qüdrətli ordu qarşısında dayana biləcəyi inandırıcı deyil. Sözsüz ki, Azərbaycanın hərbi qüdrəti erməniləri narahat etməyə bilməz və bilirlər ki, ordumuzun həmləsi qarşısında ən qısa zamanda sarsılacaqlar və bəlkə də elə buna görə başlarını itiriblər. Belə olan halda işğalçıların rus bazasından imtina etmələri önların ən yaxın vaxtda məğlubiyyətindən xəbər verir. Rus bazasından imtina edən, öz hamilərinə belə etibar etməyən ermənilər bununla meydanda tək qaldıqlarını etiraf edirlər. Bir zaman güvəndikləri, arxa çevirdikləri Rusiyanın belə Azərbaycanın yanında olduğunu başa düşürlər. Azərbaycanın dinamik inkişafının fonunda hərbi qüdrətinin artmasından qorxularını da gizlətmirlər və hətta Rusiyanın müttəfiqliyi ilə bu qüdrətin daha da artmasından çox narahatdırlar. Məhz buna görə də rus bazasının onları müdafiə edəcəyi özlərinə də inandırıcı görünmür və belə olan halda Ermənistan cəmiyyəti çox yaxşı başa düşür ki, Azərbaycanın gözlədiyi qələbə günü uzaqda deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB