Türkiyə hökuməti səlahiyyətlərini prezidentə təhvil verib

Türkiyə hökuməti səlahiyyətlərini prezidentə təhvil verib

24 iyun seçkilərindən sonra Türkiyədə hökumət səlahiyyətlərini prezidentə təhvil verib. SİA-nın verdiyi xəbərə görə, bu barədə məlumat “Resmi Gazete”də dərc olunub.

Xatırladaq ki, son Konstitusiya referendumuna əsasən, baş nazirin və hökumətin icraedici səlahiyyətləri prezidentə verilir. Prezident and içəndən sonra qanun qüvvəyə minəcək.

Qeyd edək ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə