Səfir Mahir Əliyev Dəməşq Universitetinin professoru Süleyman Zeydiyyə ilə görüşüb
Azərbaycan Respublikasının Suriyadakı Səfiri Mahir Əliyev 22 Noyabr 2010-cu il tarixində Suriyanın Dəməşq Universitetinin Rus dili və ədəbiyyatı kafedrasının professoru Süleyman Zeydiyyə ilə görüşüb.
Azərbaycanın Suriya Ərəb Respublikasındakı Səfirliyindən SİA-ya verilən xəbərə görə, görüş zamanı Sovet İttifaqında təhsil almış S.Zeydiyyə sovetlər dövründə bir neçə dəfə ölkəmizdə olduğunu söyləyərək Azərbaycanın ədəbi mühiti ilə yaxından tanış olduğunu qeyd edib.
Bundan başqa professor Azərbaycanın Suriyada öz səfirliyini açmasını iki ölkənin tarixində mühüm hadisə hesab etdiyini bildirərək Səfirliyimizin kitabxanasına hədiyyə olaraq kitablar təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB