Qarabağ ermənisi ermənistanlını “gəlmə” adlandırdı
“DQR”in qondarma parlamentində müxalifətçi “deputat” Hayk Xanumyanın tənqidlərə əsaslanan çıxışı yenə də həmin “parlamentin” digər deputatı Janna Qalstyan tərəfindən hücumla qarşılanıb. O, qarşı tərəfi Azərbaycan dilində “gəlmə” adalandırıb. SİA xəbər verir ki, bu barədə yazan epress.am saytında qeyd olunur. “Əlbəttə ki, mən heyvanam. Ona görə ki, sizin kimilərə dözmüşəm”-deyə çıxış edən J.Qalstyan bunun ardınca Xanumyanın ünvanına seksual xarakterli söyüşlər yağdırıb.
Erməni saytı qeyd edir ki, müxalifətçi “deputatın” hücumlara məruz qalmasına səbəb onun “büdcə layihəsinə” səs verməyəcəyi ilə bağlı ifadələri olub. O, “DQR” rəhbərliyini və “parlamenti” düzgün mexanizm qurmamaqda, “dövlət büdcəsinə” düzgün nəzarət etməməkdə ittiham edib.
Hayk Xanumyan: “Əgər Bako Saakyan hakimiyyətdə qalmağa davam edərsə...”
Bundan əlavə, Xanumyan “prezident” Bako Saakyanın istefasını da tələb edib. “Əgər Bako Saakyan hakimiyyətdə qalmağa davam edərsə, o “dövləti” satacaq”-deyə çıxış edən müxalifətçi deputata görə, Saakyan hətta ailəsinə məxsus olan və sonuncu çətiri satacaq, eləcə də keçən il əldə edilmiş avtomobilləri yenidən qəpik-quruşa özəlləşdirib, dövlət büdcəsindən yenilərini alacaq, insanların evləri əllərindən alınaraq, Bako Saakyanın yaxınlarına veriləcək.
Xanumyan Qalstyanın təhqirlərinə də cavab verib. Lakin “spiker” Aşot Qulyan onların hər ikisinin mikrofonunu kəsib.
“DQR”də “milli birlik” barədə danışılsa da, “hakimiyyəti” tənqid edənlər dərhal “gəlmə” adlandırılır
Bu arada “Haykakan Jamanak” qəzetinə açıqlama verən Qalstyan Xanumyanı nəyə görə təhqir etdiyini də bildirib. O, qarşı tərəfi əsas olaraq, Bako Saakyana qarşı hörmətsizlik göstərməkdə ittiham edib.
Xanumyanın müxalifətçi tərəfdarları isə Qalstyanın ona “gəlmə”ifadəsi işlətməsinə etiraz ediblər. Qeyd edək ki, Xanumyan İcevan (Ermənistan) doğumludur.Belə ki, “DQR”in müxalifət təşkilatı olan “Milli Dirçəliş” partiyasının üzvü Tiqran Qriqoryan bu məsələni belə izah edib ki, “DQR”də “milli birlik” barədə danışılsa da, “hakimiyyəti” tənqid edənlər dərhal “gəlmə” adlandırılır. Bu isə real vəziyyəti ortaya çıxarır.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB