Hakimlərə tətbiq edilən yaş məhdudiyyəti ilə bağlı müzakirə

Hakimlərə tətbiq edilən yaş məhdudiyyəti ilə bağlı müzakirə

"Azərbaycanda hakimlərə tətbiq edilən yaş məhdudiyyətinə düzəliş edilməlidir". SİA -nın xəbərinə görə, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən sonuncu plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, hazırda nəzərdə tutulan yaş həddi 68-dir: "Bu rəqəm artırılmalıdır. Ömürlük olması da problem yaratmaz. Əgər kim işləyə bilməyəcəksə, istefa ərizəsi yazacaq. Bu, digər dövlətlərdə də belədir".

Milli Məclisin sədri Oqtay Əsədov Q.Həsənquliyevə cavab verib: "Sən kiminsə istefa verəcəyinə inanırsan?!"

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə