Bakıda “Yaponiya Kino Günləri” keçiriləcək

Bakıda “Yaponiya Kino Günləri” keçiriləcək

Dekabrın 9-dan 11-nə kimi Bakıda "Yaponiya Kino Günləri" keçiriləcək. Bu barədə SİA-ya Yaponiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Tədbirin təşkilatçıları Yaponiyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqıdır.

Kino Günlərinin rəsmi açılışı dekabrın 9-da Kinematoqrafçılar İttifaqının kino zalında keçiriləcək. Bütün filmlər rusca subtitrlərlə nümayiş olunacaq.

Kino günləri zamanı nümayiş olunan filmlər aşağıdakılardır:

- "Caz qızları" (komediya)    9.12.2010     18.30

- "Kuill" (dram)                   10.12.2010    15.00

- "Robokon" (komediya)      10.12.2010    18.30

 - "Su oğlanları" (komediya)   11.12.2010    14.00

- "Miyori və sehrli meşə" (anime) 11.12.2010    16.00

 - "Mənim sirli sərvətim" (komediya) 11.12.2010   18.30

Bütün xəbərlər Facebook səhifəmizdə