Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Sosial məsələlər komitəsinin iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, iclasda komitənin “Autizm diaqnozlu insanların və onların ailələrinin müalicəsi” adlı mövzu ilə bağlı məruzəçisinin təyin edilməsi üçün səsvermə keçirilib.
Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın və britaniyalı Lord Don Touhiqin namizədliyi irəli sürülüb.
S.Fətəliyeva səslərin əksəriyyətini toplayaraq Sosial məsələlər komitəsinin məruzəçisi seçilib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB