Ermənistanda daha bir həbs

Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın oğlu, Eçmiadzin şəhərinin keçmiş meri Karen Qriqoryan həbs edilib. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Karen külli miqdarda dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, Manvel Qriqoryan iyunun 19-da həbs olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə