ABŞ prezidenti Donald Trampla Macarıstanın baş naziri Viktor Orban arasında telefon danışığı olub. SİA-nın verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.
Xəbərdə bildirilir ki, Tramp Orbanı ölkədə yeni hökumət formalaşdırması münasibəti ilə təbrik edib. Tərəflər həmçinin Sinqapurda ABŞ-la KXDR arasında keçirilən sammiti, həmçinin rəsmi Vaşinqtonla Budapeşt arasındakı münasibətləri müzakirə ediblər.
Hər iki tərəf eyni zamanda Birləşmiş Ştatlarla Macarıstan arasında sıx əməkdaşlığı saxlamağı üzərinə götürüb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB