Avropa İttifaqının xüsusi nümayəndəsi: “Mən çox sevinirəm ki, bloggerlər vaxtından əvvəl azad olunub”

Avropa İttifaqının xüsusi nümayəndəsi: “Mən çox sevinirəm ki, bloggerlər vaxtından əvvəl azad olunub”

"Mən çox sevinirəm ki, Azərbaycanın məhkəmə sistemi iki bloggeri vaxtından əvvəl azad etməyə imkan verən qərar qəbul edib". SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Bakıya iki günlük səfəri zamanı Emin Milli və Adnan Hacızadə ilə görüşündən sonra bildirib. Onun sözlərinə görə, bloggerlərin həbsi Avropa İttifaqının həmişə diqqət mərkəzində saxladığı suallardan biri olub: "Çünki bu sual mətbuat və ifadə azadlıqlarının göstəricisini əks etdirən amillərdən biridir. Biz Azərbaycanın bütün digər tərəfdaşları kimi şadıq ki, onları azad ediblər".

 

Semnebi qeyd edib ki, bloggerlərin azad olunmasından sonra daha mühüm mövzulara keçmək olar.

 

Xatırladaq ki, Adnan Hacızadə və Emin Milli ötən il iyulun 8-də paytaxt restoranlarından birində baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb. Adnan Hacızadəyə 2 il, Emin Milliyə isə 2 il 6 ay həbs cəzası kəsilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə