"Prezidentin hər bir regiona səfəri Azərbaycanın inkişafı deməkdir" ŞƏRH

"Prezidentin hər bir regiona səfəri Azərbaycanın inkişafı deməkdir" ŞƏRH

“Ümumiyyətlə, Prezident İlham Əliyev dünyada nadir dövlət başçılarından biridir ki, öz ölkəsinin regionlarına bu qədər səfərlər edir. Dövlət başçısı regionlara etdiyi hər səfərində yeni layihələrin həyatını həyata keçirir ki, bu layihələrinhər biri xalqımızın güzəranının, həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Azər Badamov deyib.

Ötən gün Azərbaycan Prezidentinin Goranboy və Naftalan rayonuna səfərini xüsusi vurğulayan deputat söyləyib ki, Dövlət başçısının bu rayonlarda da bir sıra açılışlarda iştirak etməsi, rayonlarda həyata keçirilən işlər haqqında maraqlanması bu rayonlarda yaşayan zəhmətkeşlərə ruh vermiş oldu: “Bundan başqa Prezidentin Naftalanda mərkəzi xəstəxananın, Goranboyda avtomobil yolunun açılışında iştirak etməsi bu bölgədə yaşayan insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Ölkə başçısı bölgələrdə görülən işlərlə şəxsən tanış olduqdan sonra, orada yeni görüləcək işlər haqqında məlumat alır, həmin regionun sosial, iqtisadi inkişafı üçün maliyyə ayırır. Dövlət başçısının sərəncamı ilə ayrılan bu maliyyə də həmin bölgələrdə yaşayan insanların rifahının yaxşılaşmasına xidmət edir”.

Deputat bildirib ki, cənab Prezidentin hər bir regiona səfəri yeni layihələrin açılışı, ümumilikdə isə Azərbaycanın inkişafı deməkdir: “ Azərbaycanın inkişafı gözümüzün önündədir. Hər bir rayonda böyük layihələr icra olunur, hər bir regionumuz bu gün müasirlik dövrünü yaşayır. Bütün bunlar Prezidentin Azərbaycan xalqına olan məhəbbətin göstəricisidir”.

A.Badamov qeyd edib ki, Azərbaycan xalqının gündəlik həyatı bu inkişafla dəyişildiyinə görə, ölkəmizdə gedən dəyişiklikləri bir o qədər də görə bilməsin: “Çünki, xalqımızın hər günü inkişafla nəticələnir və gözümüz artıq bu inkişafa öyrəşib. Amma xaricdən ölkəmizə baxışda onlar Azərbaycanın hər günündə olan dəyişiklikləri daha yaxşı görür və izləyirlər. 15 il bundan öncəki Azərbaycanla hazırkı Azərbaycan arasında böyük fərq var. Son 15 ildə ölkə iqtisadiyyatına 230 milyon dollardan çox investisiya yatırılıb. Bu investisiyalar regionların inkişafına, orada sosial infrastrukturun, yeni iş yerlərinin, təsərrüfat obyektlərinin yaradılmasına sərf olunub. Son vaxtlar Azərbaycanın regionlarında ənənəvi kənd təsərrüfatı sahələrinin bərpası, yeni aqro parkların yaradılması, sənaye məhəllələrin inşa edilməsi Azərbaycanın regionlarının simasını dəyişib”.

Komitə üzvü vurğulayıb ki, son illər ərzində ölkəmizdə 3200 kilometrdən çox müasir yollar çəkilib: “400-dən çox səhiyyə ocağı təmir edilib, 3000-dən çox yeni məktəb tikilərək müasir tələbələrə standartlara cavab verən təhsil ocaqları istifadəyə verilib. Bütün bunlar ümumiyyətlə, Azərbaycanın dəyişilməsinə gətirib çıxarıb. Xaricdən bizə baxışda da bunu daha yaxşı görmək mümkündür. Dünya İqtisadi Forumunun “İnklüziv artım və inkişaf – 2017” adlanan hesabatda Azərbaycan üçüncü yerə layiq görülüb. İnkişaf etməkdə olan ölkələr arasında 3-cü yerə layiq görülmək böyük göstəricidir. Bu göstərici birbaşa dövlətimizin Azərbaycan vətəndaşının rifahına göstərdiyi diqqətin nəticəsi idi. Bu o deməkdir ki, Azərbaycanın iqtisadi gəlirləri xalqın rifahına sərf olunur ki, ölkəmiz inklüziv inkişafa görə yüksək pillədə yer alıb”.

Bu gün Azərbaycanın MDB məkanında ən yaxşı yol infrastrukturu olan ölkə kimi qeydiyyata düşdüyünü dilə gətirən deputat söyləyib ki, bütün bunlar Prezident İlham Əliyevin bütövlükdə ölkəmizin inkişafına, mərkəzlə regionlar arasında fərqi götürməkdə maraqlıdır: “Atılan addımlar əhalimizin mərkəzdən kəndlərə köçürülməsinə gətirib çıxarıb. Bu gün kəndlərdə həyat şəraiti daha da yaxşılaşdırılıb. Bunun nəticəsində Azərbaycanda əvvəllər olan demoqrafiya prosesinin qarşısını alıb və insanların yenidən öz kəndlərinə qayıdaraq təsərrüfatla məşğul olmasına imkan yaradılıbb. Ümumiyyətlə götürdükdə ölkəmizin inkişafı öz yüksək səviyyəsini yaşayır. Düşünürəm ki, Azərbaycan bundan sonra daha da inkişaf edəcək, dünyanın nəinki inkişaf etməkdə olan, eləcə də inkişaf etmiş ölkələri ilə müqayisə olunacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə