İndiki şəraitdə Paşinyanın səsləndirdiyi fikirlər onun özü üçün ciddi problemə çevrilib. Paşinyan danışıqlar prosesinə qatılmaq məcburiyyətindədir və başqa yolu yoxdur. Əks təqdirdə o beynəlxalq təzyiqlərlə üz-üzə qala bilərlər. Digər tərəfdən də danışıqlar prosesi ilə bağlı irəli sürdüyü şərtlər onu çıxılmaz vəziyyətə salıb”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
"İşğal faktoru Ermənistan üçün iflasa çevrilib"
O bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyi və verdiyi bəyanatlar bəllidir: “Çünki, o prinsip etibarı ilə Qarabağ klanına qarşı mübarizə üzərindən hakimiyyətə gəlib. Bu saxta patriatizm və digər mülahizələrin Ermənistan cəmiyyətindəki meqapiks təzahürünü görüb bu vəziyyətdən istifadə edərək etiraz aksiyalarında müəyyən kütləni öz ətrafında toplamağa başlayıb. Çünki, faktiki olaraq Ermənistanın iqtisadiyyatı yoxdur, ölkə acınacaqlı durumdadır. İşğal faktoru Ermənistan üçün iflasa çevrilib. Lakin bundan sonra Paşinyan yenidən həmin klanın ayrı-ayrı nümayəndələrinin dəstəyini qazanmaq üçün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı populist bəyanatlar verməyə başladı. Bəyanatların əsasında dayanan amillər Qarabağ faktorundan istifadə etməkdən ibarətdir. Bu günə qədər danışıqlar, Minsk prosesinin mahiyyətinə aid olmayan fikirlər səsləndirən Paşinyanın bu mövqeyi hətta Rusiyanın XİN rəhbərliyi tərəfindən də qeyri-konstruktiv olaraq dəyərləndirildi. Yəni Azərbaycanın ayrılmaz bir parçası olan Dağlıq Qarabağda formalaşdırılan separatçı rejimin işğal prosesinə hər hansı formada cəlb edilməsi mümkün deyil. Bunu artıq həmsədr ölkələr də dilə gətirirlər”.
"Paşinyanın düşdüyü çıxılmaz vəziyyət onu özünün manevr imkanları məhdudlaşdırılmasına gətirib çıxarıb"
E. Mirzəbəyli söyləyib ki, Paşinyanın düşdüyü çıxılmaz vəziyyət onu özünün manevr imkanları məhdudlaşdırılmasına gətirib çıxarıb.
Paşinyanın danışıqlar prosesinə qatılacağı təqdirdə onun hər hansı konstruktiv mövqe nümayiş etdirmək gücündə olacağını düşünmədiyini deyən siyasi şərhçi söyləyib ki, Ermənistanın baş naziri indiki şəraitdə öz bəyanatlarının ardını gətirmək məqsədi güdəcək.
“Çünki, onun addımları indiki şəraitdə münaqişənin həllinə və Ermənistanın düşdüyü vəziyyətdən çıxarılmasına deyil, seçkilərdə qalib gəlməsinə hesablanıb. Seçkilərə qədər Paşinyanın verəcəyi bütün bəyanatlar populist xarakter daşıyacaq və kütlənin rəyinə hesablanmış olacaq”, - deyə E. Mirzəbəyli qeyd edib.
"Azərbaycan Ermənistana təzyiqlərini davam etməlidir"
Azərbaycan belə bir şəraitdə atacağı addımlara toxunan ekspert söyləyib ki, ölkəmiz Ermənistana təzyiqlərini davam etməlidir: “Region dövlətlərinin də bütövlükdə Ermənistanla ərazilərinin kəsilməsinə nail olması istiqamətində addımlar atılmalıdır. Çünki, Ermənistandakı mövcud vəziyyət bütün region üçün təhlükə yaradır və Paşinyanın qeyri-sabit, anlaşılmayan siyasəti Ermənistanın ənənəvi müttəfiqləri , qonşuları üçün müəyyən ziddiyyətlər yaradır ki, buna qarşı diplomatik səylərin gücləndirilməsi mümkündür. Digər tərəfdən də Paşinyanı və onu dəstəkləyən qüvvələri başa salmaq lazımdır ki, Azərbaycan siyasətini Ermənistandakı hakimiyyət dəyişikliklərinə uyğun şəkildə yürütməyəcək. Ölkəmiz üçün əsas məqam işğal olunmuş torpaqları azad etməkdən ibarətdir və Ermənistanın nə zaman konstruktiv mövqeyə gələcəyini gözləmək üçün Azərbaycanın vaxtı, xalqımızın da səbri yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB