Argentinada “La Revista Diplomatica PLACET” diplomatiya jurnalının Azərbaycan haqqında xüsusi buraxılışı nəşr olunub
Azərbaycanın Argentinadakı Səfirliyinin və Argentinada diplomatik korpusun fəaliyyətini əks etdirən, habelə xarici siyasət və beynəlxalq əlaqələrə dair ispan dilində çap olunan "La Revista Diplomatica PLACET" diplomatiya jurnalının redaksiyası ilə birgə əməkdaşlığı nəticəsində həmin jurnalın Azərbaycanla bağlı xüsusi buraxılışı nəşr olunub. Xarici İşlər Nazilriyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "AZERBAIYÁN – una herencia rica, un presente prospero y un futuro brillante" (AZƏRBAYCAN – zəngin irs, çiçəklənən müasirlik və parlaq gələcək) adlı bu xüsusi buraxılış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev haqqında, Azərbaycana dair ümumi məlumatlar, ölkəmizin xarici siyasət prioritetləri, bu xüsusda Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin nizamlanmasına dair ölkəmizin mövqeyi, Azərbaycan iqtisadiyyatı, tariximizin müxtəlif mərhələləri, zəngin mədəni irsimiz, Heydər Əliyev Fondunun fəaliyyəti, Azərbaycanın turizm potensialı, ölkəmizdə idman sahəsinin vəziyyəti, milli mətbəximiz, habelə Azərbaycan haqqında bütün sahələr üzrə internet portallarının siyahısını əks etdirən rubrikalardan ibarətdir.
Nəfis tərtibata malik bu xüsusi buraxılış aidiyyəti üzrə məlumatlar, fotoşəkillər və digər qrafiki materialların istifadəsi ilə hazırlanıb. Ölkəmiz haqqında əhatəli məlumatların "La Revista Diplomatica PLACET" jurnalının xüsusi buraxılışı kimi nəşrində məqsəd geniş oxucu kütləsinə və yayımlanma resurslarına malik bu jurnal vasitəsilə Argentina ictimaiyyətinin Azərbaycan həqiqətləri ilə əyani olaraq tanış edilməsi, ümumilikdə Argentinada ölkəmizin imicinin təşviqidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB