Dövlət başçısı: "Valyuta ehtiyatlarımız xarici borclarımızdan 4-5 dəfə çoxdur"
"Bu gün Azərbaycan müstəqil, ayağı üzərində duran ölkədir. Son 15 ildə Azərbaycanda ümumdaxili məhsul 3 dəfə artıb". SİA-nın xəbərinə görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.
Dövlət başçısı bildirib ki, Azərbaycanda xarici dövlət borcu aşağı səviyyədədir, ÜDM-in 20 faizini təşkil edir: "Valyuta ehtiyatlarımız xarici borclarımızdan 4-5 dəfə çoxdur. Azərbaycanda yoxsulluq, işsizlik 5 faiz səviyyəsindədir. Bu göstərir ki, ölkəmizdə neft insan kapitalına çevrilib. Bizim siyasətimiz neft-qaz gəlirlərini bərabər, ədalətli şəkildə bölmək olub".
Prezident söyləyib ki, Ümumdünya Davos Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşdırıb: "Biz neft-qaz gəlirlərimizi qeyri-neft sektorunun inkişafına yönəldirik. Bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, bizdən dəfələrlə çox neft-qaz resursları var, ancaq fərqli durumdadırlar".
Dövlət başçısı nəzərə çatdırıb ki, bu gün Azərbaycanın həyatında əlamətdar gündür: "Mən Cənub Qaz Dəhlizinə uzun ömür arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB