"Türkiyә-Yunanıstan münasibətlərinin inkişafı üçün qızıl dövr yaşanır"
Türkiyənin dövlət naziri Egemen Bağış Türkiyә-Yunanıstan münasibətlərinin inkişafı üçün qızıl dövrün yaşandığını bildirib. Yunanıstanın NET televiziyasına müsahibə verən Bağış türk-yunan әlaqәlәri və Kıbrıs məsələsinə də münasibətini bildirib.
SİA-nın "trt"yə istinadən verdiyi xəbərə görə, Türkiyə və Yunanıstanın məsələlərini dinamik şəkildə müzakirə edib, həll etmə imkanına malik iki cəsur baş nazirinin olduğunu vurğulayan dövlət naziri məhz məsələlərin həlli üçün әhәmiyyәtli fürsətin yarandığını açıqlayıb.
Türkiyə hökumətinin Heybəliyədə ruhban məktəbinin açılmasının nə dərəcədə çətin olması ilə bağlı sualı cavablandıran Egemen Bağış Yunanıstan üçün Afinanın mərkəzində hündür məscid inşa etmək nə dərəcədə çətin olsa da, lakin imkansız olmadığını da bildirib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB