Azərbaycanda Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısı başlayıb

Azərbaycanda Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısı başlayıb

Azərbaycan prezidentinin "Gənclik" iqamətgahında Xəzəryanı ölkələrin dövlət başçılarının III zirvə toplantısı başlayıb. SİA-nın məlumatına görə, prezident İlham Əliyev zirvə toplantısına qatılan Xəzəryanı ölkələrin prezidentləri - Dmitri Medvedyev, Mahmud Əhmədinejad, Qurbanqulu Berdıməhəmmədov və Nursultan Nazarbayevi qarşılayıb. Qarşılanma mərasimindən sonra ölkə başçıları iqamətgahda dövlət bayraqları fonunda birgə şəkil çəkdiriblər.

 

Qeyd edək ki, Bakı sammitində ölkə başçıları Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparacaqlar. Prezidentlərə imzalanmaq üçün iki sənəd təqdim olunub, bunlar birgə bəyanat və Xəzərdə təhlükəsizlik sahəsində saziş layihələridir.

Bütün xəbərlər Facebook səhifəmizdə