Əli Hüseynov beynəlxalq konfransda iştirak edib

Əli Hüseynov beynəlxalq konfransda iştirak edib
Kiyevdə "İnzibati ədalət məhkəməsi və inzibati hüququn tətbiqi təcrübəsi" mövzusunda beynəlxalq konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov da iştirak edib.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi bu beynəlxalq tədbirdə inzibati ədalət məhkəməsi modelləri, hüquqi dövlətdə idarəetmə orqanlarının fəaliyyəti, inzibati hüquqda fərdi hüquqi müdafiə və digər mövzularda fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə