Deputatımız AŞPA-nın komitə iclasında iştirak edəcək

Deputatımız AŞPA-nın komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün mayın 22-dən 27-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda “Yeni media mühitində media sahələrinin öyrənilməsi”, “Demokratik cəmiyyətlərdə mədəni dəyərlərin qiymətləndirilməsi”, “Avropada mədəni irsin qorunması və inkişaf etdirilməsi”, “Yalan xəbərlər və təbliğat çərçivəsində ictimai xidmət medialarının rolu” mövzularında məruzələr dinləniləcək. Müzakirələr aparılacaq.
Deputatımız müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə