Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə əlaqədar fətva verib

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə əlaqədar fətva verib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qurban bayramı ilə əlaqədar fətva verib. QMİ-dən SİA-ya verilən xəbərə görə, fətvada müqəddəs bayram günlərində kəsilən qurbanların baytarlıq və sanitariya qaydalarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməsi tövsiyə olunub. Fətvada həmçinin qurbanların uşaqların gözü qarşısında kəsilməməsi də tövsiyə olunub. O da qeyd olunub ki, qurban kəsilən heyvan sağlam və kök olmalıdır.

 

Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır. Qurban qoyun, keçi, öküz, inək və dəvə olmalıdır. Bu heyvanlar müəyyən yaş həddinə çatmalıdır. Keçi və qoyunun 1, öküz və inəyin bir və ya iki, dəvənin isə 5 ili tamam olmalıdır.

 

Qurbankəsmə bayramı olan Qurban bayramı (yaxud Eydül-Əzha) Məkkədə müsəlmanların zəvvarlıq ayininin bir hissəsidir. Bayram müsəlmanların Ay təqviminin 12-ci ayı olan zilhiccə ayının 10-da Məkkə yaxınlığındakı Mina vadisində həyata keçirilir və 3-4 gün davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə