Siyasi şərhçi: "Bəzi adamlar ermənidən çox ermənilik etməyə çalışırlar” MÖVQE

Siyasi şərhçi: "Bəzi adamlar ermənidən çox ermənilik etməyə çalışırlar” MÖVQE

“Azərbaycanda olan bəzi anti-ünsürlərin Ermənistana, eləcə də digər yerlərə şişirdilmiş məlumat ötürmələri mənim də diqqətimi çəkir. Doğrudan da bəzi adamlar ermənidən çox ermənilik etməyə çalışırlar”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

“Əcəba, bunlarda heçmi milli qürur yoxdur? Yəni doğrudanmı bu insanların gözünü qərəz elə örtüb ki, bir erməni avantüristin sərsəm fikirlərini əsas tutub öz dövlətlərinə qarşı ifadələr işlədirlər? Açığı, belə bir durumu anlamaqda şəxsən mən çətinlik çəkirəm. Yalnız bir şeyə bir daha əmin oluram ki, bu insanların məqsədi heç də iddia etdikləri kimi daha firavan Azərbaycan deyil. Bunların məqsədi ermənilərin belə istehza edə biləcəyi Azərbaycandır. Təbii ki, o baxımdan biz həmin adamlara əsla dövlətimizlə birlikdə şans tanıya bilmərik”-deyə, A.Həsrət fikirlərini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə